"Onlar belə bir görüşü keçirməyə hazırdırlar. Çünki bir sıra prioritet məsələ üzrə razılığa gəlməlidirlər. Moskva bu prosesə hər cür dəstək göstərir. Ümumilikdə, bütün tərəflər həmfikirdirlər ki, "3+3" formatı özünü doğruldub. Mövqeyimiz budur ki, regiondakı problemlər məhz regional dövlətlər tərəfindən öz həllini tapmalıdır. Əlbəttə, üçüncü ölkələrin (ABŞ-ni nəzərdə tutur – red.) iştirakı da əhəmiyyətli rol oynaya bilər, ancaq bu, yerli oyunçuların reallıqları və maraqları zəminində baş verməlidir", – diplomat vurğulayıb.
(Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Rusiya-Ermənistan Universitetinin tələbələri ilə görüşdə)
|
| Paşinyan: "Tramp yolu" MDB üçün yeni imkanlar yaradır" | VİDEO |
Səfirin sözlərinə görə, Bakı-İrəvan münasibətlərinin normallaşması prosesi, habelə Ermənistan-ABŞ dialoqu qonşu ölkələrin maraqları ilə kəsişir. Belə bir vəziyyətdə "3+3" platforması çoxtərəfli danışıqların həyata keçirilməsinə şərait yaradır.
O, platformada Gürcüstanın da iştirakı məsələsinə toxunub. Diqqətə çatdırıb ki, rəsmi Tiflis bu formata əvvəlcə maraq göstərərək ilk görüşə qoşulub, amma sonradan uzaqlaşıb: "Tərəflər yekdilliklə razıdırlar ki, qapı Gürcüstan üçün həmişə açıqdır".
Xatırladaq ki, format üzrə indiyədək axırıncı görüş 2024-cü ilin oktyabrında Türkiyənin İstanbul şəhərində baş tutub.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


